Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu sınaq

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanan yeni sensor qaraciyərin zədələnməsini erkən mərhələdə müəyyənləşdirə bilər. Hazırda qaraciyər zədələnməsinin, həmçinin qaraciyər çatışmazlığına gətirib çıxaran fibrozun erkən diaqnostika üsulu mövcud deyil. Buna görə MTİ-nin mühəndisləri qaraciyər zədələnməsi olan xəstələri aşkar edə bilən yeni qeyri-invaziv test hazırlayıblar. Bunun üçün yeni qurğuda suyun diffuziyasını ölçən nüvə maqnit rezonansı mövcuddur.
Yeni sensorun köməyilə fibroz 86%, qaraciyərin piylənməsi xəstəliyi isə 92% dəqiqliklə aşkar edilib. Nəticələrin əldə edilməsinə təxminən 10 dəqiqə vaxt sərf edilir, amma indi tədqiqatçılar bu vaxtın azaldılması üzərində işləyirlər.
Xəbəri "hightech.fm" yayıb.
Hazırladı: 
Elçin ABBASOV, “Xalq qəzeti” 

 

3 Dekabr 2020 00:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2021 | 09:35
Ukraynada matəm elan edilib
22 Yanvar 2021 | 03:01
2 milyard dollar investisiya
22 Yanvar 2021 | 02:57
Xərclər artacaq
22 Yanvar 2021 | 02:56
Filiallar bağlanır
22 Yanvar 2021 | 02:56
“F-35” sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə