Ən son xəbərlər
Xorvatiyanın Baş naziri Andrej Plenkoviçin test nəticələri pozitiv çıxıb. Bildirilir ki, Baş nazir Andrej Plenkoviç epidemiya mütəxəssislərinin tövsiyəsi ilə bazar ertəsi günü yenidən test verib və nəticə müsbət çıxıb. Baş nazir indi özünü yaxşı hiss edir.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Andrej Plenkoviçin xanımı Ana Maslak Plenkoviç koronavirusa yoluxmuş, nazir buna görə özünü təcrid etmişdi.
Xəbəri CNN yayıb.
Hazırladı:
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə