• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı

Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı

"Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim".

Moderator.az  xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.

Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

F.Əhmədova axtarış işlərinin aparılmasında "NKVD” və Bayıl türməsinin keçmiş "ölüm korpusunun" tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.

Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Bununla bağlı oxuculara hələ keçən ilin qışında, sabiq nazirin özünə istinadən xəbər çatdırılmışdı. 2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi  "NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.

Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə böyük Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

22 Oktyabr 2018 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin