Ən son xəbərlər
Latviya hökuməti COVID-19 virusuna görə, fövqəladə vəziyyət rejimini yanvarın 11-ə kimi uzadıb və karantin tədbirlərini sərtləşdirib.
Ölkədə tibbi maska taxmaq məcburidir. Bütün müəssisələrin işçiləri iş yerlərində də maska taxmalıdırlar.
İstirahət günləri yalnız apteklər və ərzaq mağazaları işləyirlər. Sahəsi 25 kvadratmetr olan mağazaya yalnız bir alıcı girə bilər.
Latviya sərhədində də nəzarət gücləndirilib. Ölkəyə gələn şəxslər elektron sənəd doldurur və ölkədəki qanunlara əməl edir. Ölkədə bütün tədbirlər ləğv edilib.
Yalnız ibtidai sinifdə oxuyan şagirdlər əyani dərsə gedirlər. O biri siniflərdə təhsil alanlar onlayn qaydada dərs keçirlər.
TASS-ın məlumatına görə, pandemiya başlanandan indiyədək Latviyada 17,7 min nəfərdə COVID-19 virusu aşkar edilib. 210 nəfər vəfat edib.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə