Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə yeni sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılma tempini nəzarətə almaq məqsədilə hökumətin qəbul etdiyi növbəti sərtləşdirilmiş rejimin tətbiqinə başlanılıb. 
Mənbə qeyd edir ki, bu qərara əsasən, dekabrın 1-dən etibarən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21:00-dan 5:00-dək evdən çıxmaq qadağan edilir. Şənbə günü axşam 21:00-da başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5:00-a qədər qüvvədə olacaq. 
Qeyd edək ki, evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, həmçinin 20 və daha aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlar bazar günü istisna olmaqla saat 13:00-dan 16:00-dək evdən çıxa bilərlər. Bundan başqa, maska taxmaq, təmizlik qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə