Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlin komandasına namizədlərin adı bəlli olub

Bildirilir ki, siyahıda, ümumilikdə, 50 futbolçunun adı yer alıb. 10 futbolçusu siyahıda yer alan Çempionlar Liqasının son qalibi "Bavariya" namizədlərin sayına görə ilk yerdədir. 
Qapıçılar: Alisson Bekker (Braziliya, "Liverpul" - İngiltərə), Antoni Lopes (Portuqaliya, "Lion" - Fransa), Keylor Navas (Kosta Rika, PSJ - Fransa), Manuel Noyer (Almaniya, "Bavariya"), Yan Oblak (Sloveniya, "Atletiko" - İspaniya)
Müdafiəçilər: David Alaba (Avstriya, "Bavariya" - Almaniya), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Anxelinyo (İspaniya, "Leyptsiq" - Almaniya), Xuan Bernat (İspaniya, PSJ - Fransa), Alfonso Deyvis (Kanada, "Bavariya" - Almaniya), Matteys De Liqt (Niderland, "Yuventus" - İtaliya), Stefan De Vrey (Niderland, "İnter" - İtaliya), Hans Hatebur (Niderland, "Atalanta" - İtaliya), Coşua Kimmix ("Bavariya", Almaniya), Presnel Kimpembe (PSJ, Fransa), Serxio Ramos ("Real Madrid", İspaniya), Endi Robertson (Şotlandiya, "Liverpul" - İngiltərə), Tiaqo Silva (Braziliya, "Çelsi" - İngiltərə), Dayot Upamekano (Fransa, "Leyptsiq" - Almaniya), Vircil van Dayk (Niderland, "Liverpul" - İngiltərə)
Yarımmüdafiəçilər: Tiaqo Alkantara (İspaniya, "Liverpul" - İngiltərə), Ussem Auar ("Lion", Fransa), Ever Baneqa (Argentina, "Sevilya" - İspaniya, hazırda "Əl-Şabab" Səudiyyə Ərəbistanı), Nikolo Barella ("İnter", İtaliya), Kinqsli Koman (Fransa, "Bavariya" - Almaniya), Kevin De Bruyne (Belçika, "Mançester Siti" - İngiltərə), Brunu Fernandeş (Portuqaliya, "Mançester Yunayted" - İngiltərə), Alexandro Qomez ("Atalanta", İtaliya), Leon Qoretska ("Bavariya", Almaniya), Kay Haverts (Almaniya, "Çelsi" - İngiltərə), Cordan Henderson ("Liverpul", İngiltərə), Yosip İliçiç (Sloveniya, "Atalanta" - İtaliya), Markinyos (Braziliya, PSJ - Fransa), Tomas Müller ("Bavariya", Almaniya), Marsel Sabitser ("Zaltsburq, Avstriya)
Hücumçular: Erlinq Holann (Norveç, "Borussiya" Dortmund - Almaniya), Anxel Di Maria (Argentina, PSJ - Fransa), Joau Feliş (Portuqaliya, "Atletiko" - İspaniya), Serj Qnabri ("Bavariya", Almaniya), Çiro İmmobile ("Latsio", İtaliya), Harri Keyn ("Tottenhem", İngiltərə), Robert Levandovski (Polşa, "Bavariya" - Almaniya), Romelu Lukaku (Belçika, "İnter" - İtaliya), Sadio Mane (Seneqal, "Liverpul" - İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (Argentina, "Barselona" - İspaniya), Neymar (Braziliya, PSJ - Fransa), Kriştianu Ronaldu (Portuqaliya, "Yuventus" - İtaliya), Məhəmməd Salah (Misir, "Liverpul" - İngiltərə), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə).
Qeyd edək ki, UEFA-nın saytında aparılan səsvermə 2021-ci il yanvarın 6-da başa çatacaq. 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:50 - İDMAN
İDMAN
22 Yanvar 2021 | 02:58
Ronaldudan yeni dünya rekordu
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi

Köhnə versiyamızdan xəbərləri izlə