Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayden komandasının iqtisadi blokunun üzvlərini təqdim edib

Növbəti prezident və vitse-prezident Federal Ehtiyatlar Komitəsinin keçmiş sədri Canet Yelleni Maliyyə naziri vəzifəsinə irəli sürüb. O, Amerikanın 231 illik tarixində nazirliyə rəhbərlik edəcək ilk qadın olacaq.
Təhlilçilər hesab edirlər ki, Baydenin komandasının iqtisadi heyəti yeni koronavirus pandemiyasının ölkənin iqtisadiyyatına mənfi təsirlərini aradan qaldırmaq üçün ciddi səylər göstərməli olacaq. 
C.Bayden hazırda Vaşinqtonda liberal ictimai siyasət araşdırma və vəkillik qrupu olan “ The American Progress Center”in prezidenti Nira Tandeni hökumətin İdarəetmə və Büdcə Ofisinin direktoru vəzifəsinə irəli sürüb. Senat tərəfindən təsdiqlənsə, Tanden agentliyə rəhbərlik edəcək ilk cənubi asiyalı amerikalı olacaq.
Baydenin namizədliyini irəli sürdüyü iqtisadi siyasət üzrə yüksək mütəxəssis Valli Adeyemo C.Yellenin müavini postunu tutacaq. O, Maliyyə Nazirliyində ikinci yüksək vəzifə tutan ilk afro-amerikalı şəxs olacaq.
Növbəti prezident Princeton Universitetinin ictimai və beynəlxalq əlaqələr məktəbinin dekanı, iqtisadçı Sesilia Rosu Ağ evin İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsinə təyin edib. O, bu vəzifədə çalışacaq ilk qaradərili qadın olacaq. Baydenin iqtisadi komandasına seçimləri arasında iki iqtisadçı – Cared Bernstein və Heater Bouşey də yer alıb.
Qeyd etmək lazımdır ki, yeni koronavirus pandemiyası ABŞ iqtisadiyyatına ciddi ziyan vurub. Lakin pandemiya nəticəsində itirilən 22 milyon iş yerinin artıq bir hissəsi bərpa edilib. Əgər bir neçə ay əvvəl milyonlarla işçi ixtisar olunurdusa, bu ilin oktyabr və noyabr ayları ərzində, təxminən, 700 min insan işsizlik təzminatı üçün müraciət edib.
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”

3 Dekabr 2020 00:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə