Ən son xəbərlər
Yaponiya, şimaldakı Kuril adalarında raketdən müdafiə sistemi yerləşdirən Rusiyaya etiraz notası göndərib.
Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu mətbuat konfransında S-300V4 müdafiə sistemini Hokkaydonun şimalındakı Kuril arxipelaqından Etorofu adasına quraşdıran Rusiyaya reaksiya verib: "Yerləşdirmə Rusiyanın şimal bölgələrindəki hərbi gücünə kömək edir. Bu, ölkəmizin adalardakı mövqeyi ilə uyğun deyil və qəbuledilməzdir"
Etiraz notasının diplomatik yolla göngərildiyini qeyd edən Kato, raket sisteminin Etorofuda yerləşdirilməsinə yol verilməyəcəyini ifadə edib. "Rusiyanın şimal bölgələri də daxil olmaqla Uzaq Şərqdəki hərbi meyllərini və təhlükəsizlik baxımından nəticələrini yaxından izləməyə davam edəcəyik" deyə Nazirlər Kabinetinin Baş katibi əlavə edib.
"Xalq qəzeti"
Köhnə versiyamızdan xəbərləri izlə