Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın məğlubiyyətinin “Yol xəritəsi”

“Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.”  Bu tarixi və unudulmaz sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa dekabrın 1- dəki müraciətindəndir. Laçından məcburi köçkün düşmüş həmvətənlərimizin, bütün dünya azərbaycanlılarının gözü aydın olsun! Düşmənin Laçından çıxmasını təmin edən hərbi gerçəkliyi, əsasları yaratmış şanlı ordumuza, ordumuzun müzəffər Ali Baş Komandanına çox minnətdarıq!

Əlbəttə, hər hansı yaşayış məntəqəmizin, hətta bir boz dağımızın, susuz dərəmizin, şoran torpağımızın da düşmən tapdağından azad olunması bizim üçün qiymətlidir. Vətən torpağının hər qarışı bizimdir və onun uğrunda ölməyə belə hazırıq.

Bu sözlərin sadəcə bir quru şüar, yaxud, bəlağət olmadığını dəfələrlə göstərmişik. 44 günlük müharibədə isə fövqəladə şəkildə bir daha sübut etmişik. Bununla belə, heç kəsə sirr deyil ki, Laçınımız Qarabağ müharibəsində kilid bölgəmiz idi. Laçının, önəmini – həqiqi kilid bölgə rolunu cənab Prezidentin xalqa müraciətindəki bu sözlər çox dəqiq ifadə etməkdədir: “...Bildirməliyəm ki, uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə, Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

...Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”.

Bəli, Laçında Azərbaycan Bayrağının qaldırılması, Azərbaycan Himninin oxunması, Silahlı Qüvvələrimizin Laçına daxil olması maksimalist erməni cəmiyyətinə çox böyük zərbədir! Öz haqsız iddialarından məst olan, öz işğalçılıq siyasətinin əbədi sürəcəyinə arxayınlıq yaşayan Ermənistan hərbi - siyasi rəhbərliyi və belə aldanışlara uyan erməni ictimai fikri də ağır məğlubiyyətinin nəticələrini öz üzərində getdikcə daha gerçək şəkildə hiss edəcək. Son günə, son saatadək “bəlkə də qaytardılar” -- xülyasına qapılmış işğalçılar, ən çox da kiminləsə dava vəziyyətinə vərdişkar olduğu üçün böyük ehtimalla, bugündən Ermənistanda daxili çəkişmələr daha da güclənəcək. Qarabağ ermənisi, yerli erməni və s. kimi ayrı – seçkiliklər sövq - təbii dərinləşəcək.

Uğursuz dövlət, əsası olmayan iddialar, aldadılmış cəmiyyət və acı sonluq: Məğlubiyyət!

Budur, Ermənistanın aqibətinin “Yol xəritəsi”.

Budur, uzun illər bizə məğlubiyyətlə barışmağı “diktə edən” Ermənistanın reallığı.

30 ilə yaxın “qalib” ədası ilə lovğalanan, özünü üstün tərəf kimi göstərməyə cəhd edən Ermənistanın qarşısıalınmaz çöküşü, artıq an məsələsidir.

Laçında bugün oxunan Azərbaycanın Dövlət Himni Ermənistanın tarixi çöküşünü rəmzləşdirən musiqi kimi də qəbul edilə bilər.   

Laçının azad edilməsi Ermənistanın saxta təbliğat maşınının olan-qalan hissələrini də sıradan çıxardı.

İşğalçılıq presedenti sıfırlandı.

44 günlük müharibədə iştirak etmiş, hazırda tərxis olunmuş erməni əsgərlərinin sosial şəbəkələrdə yayılmış video - etiraflarından da görürük ki Azərbaycan Respublikasına qarşı yenidən hücum etməyə əsgər tapmaq uğursuz dövlət üçün mümkün olan iş deyil. Ermənistan generallarının özlərinin etiraflarından da görünür ki işğalçı silahlı qüvvələrin 80 fazi sıradan çıxarılıb. Bu şəxsi heyət baxımından da, texnika baxımından da, psixoloji durum baxımından da təkzibolunmaz bir gerçəklikdir. Müzəffər Ali Baş Komandanımızın dekabrın 1-də xalqa müraciətində söylədiyi faktlar, səslənən rəqəmlər işğalçılığın Ermənistana neçəyə başa gəldiyini çox açıq şəkildə göstərir.

Ermənilər ola bilsin ki, Azərbaycanın “dəmir yumruğu” ilə sındırılmış dişlərini bu dəfə başqa ölkələrin üstünə qıcasın. Öncədən vurğuladığımız kimi, bu uğursuz dövlət, saxta maksimazlizmin girovu olan xəstə cəmiyyət öz “mən”ini mütləq bir düşmən tapıb, ona qarşı alçaqlıqlar etməklə “təsdiq edir”.

Dövlət başçısının xalqa müraciətində ən önəmli məqamlardan biri Azərbaycan xalqının qürurlu, xeyirxah, dövlətcanlı, vətəncanlı xalq olması ilə bağlı ürəkdən gələn sözlərlə bağlıdır. Bu sözlər azərbaycançılıq fəlsəfəsini, ideoloji - siyasi zənginliyini çox dəqiq ifadə edir. Xalqımızın haqqında dövlət başçısının bugünkü sözləri bizi həm duyğulandırır, həm də qürurlandırır! Ümummili liderin kəlama çevrilmiş sözləri ilə desək, “Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”       

“Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun. Valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun! Deyirdilər ki, ancaq irəli, ancaq irəli! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Silahlı Qüvvələrimizin Laçına daxil olması, Laçında Azərbaycan bayrağının qaldırılması, himnimizin oxunması bir dönəmin başa çatması, yeni bir dönəmin başlanmasından xəbər verir. Artıq Ermənistanla dövlət sərhədlərimiz boyu dağımız - dərəmiz, düzümüz - düzəngahımız , yamacmz, enişimiz - yoxuşumuz – hamısı ordumuzun nəzarəti altındadır. Bundan sonrakı dönəmdə güclü və qalib tərəf olaraq Ermənistana qarşı, sözün bütün mənalarında, yüksəkdən danışacağıq. Qondarma rejimə dövlət statusu qazandırmaq istəyən Ermənistan artıq öz başının çarəsinə qalmalıdır. Hərçənd özünü dolandırmaq üçün resurslardan kasaddır. İşğal altındakı torpaqlardan illər uzunu daşıdığı, götürdüyü taxıl, üzüm, digər məhsullar, qiymətli sərvətlər – mineral sular, qızıl və s. Ermənistan iqtisadiyyatında iştirak etmir artıq. Nəinki iştirak etmir, üstəlik, Ermənistanı ağır təzminatlar gözləyir.

Xarici borcu dövlət büdcəsindən çox olan kasıb və məğlub bir ölkə özünü tarixin zibilliyinə yuvarlanmağın astanasına gətirib çıxarıb. Prezidentimizin məşhur sözləri ilə ifadə etsək, endirməlidir o bayrağı dirəkdən. O bayraq bəlkə hansısa muzeydə tarixin bir dönəmində mövcud kimi görükmüş “dövlət”in bayrağı olaraq öz eksponat taleyini yaşayacaq…

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

3 Dekabr 2020 11:28 - CƏMİYYƏT
CƏMİYYƏT
22 Yanvar 2021 | 03:03
Qərb bölgəsindən xəbərlər
21 Yanvar 2021 | 21:29
Daha bir əsgərimiz şəhid oldu

Köhnə versiyamızdan xəbərləri izlə