Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İrina Vlax: Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir

Azərbaycan Moldovanın Qaqauziya bölgəsinin sosial infrastrukturunun inkişafına böyük töhfə verir və bölgə ilə iqtisadi sahədə davamlı əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bunu Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlax Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşündə deyib.

Görüşdə iqtisadi və sosial məsələlər müzakirə edilib. Qaqauziya ilə Azərbaycanın bölgələrindən biri arasında ticarət-iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanması perspektivlərini müzakirə etdilər.

Heydər Əliyev Fondunun fəaliyyətini yüksək dəyərləndirən İrina Vlax bildirib ki, Azərbaycan Qaqauziyada bir sıra sosial layihələr həyata keçirib və bu gün də bu tədbirlər davam etdirilir.

3 Dekabr 2020 11:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə