Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anadolu agentliyi Azərbaycanın qazandığı zəfərin bölgədə yaratdığı yeni reallıqlardan yazır

Türkiyənin Anadolu agentliyi “Azərbaycanın zəfərinin bölgədə yaratdığı yeni reallıqlar” sərlövhəli analitik məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələrdən və Ermənistan ordusunun acınacaqlı məğlubiyyətdən, noyabrın 10-da imzalanan birgə Bəyanatdan bəhs edilir. Bildirilir ki, təcavüzkar Ermənistan 44 günlük müharibədən sonra götürdüyü öhdəlik əsasında qüvvələrini Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarmaq məcburiyyətində qalıb.

Məqalədə hazırda bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verilir və Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi ifadələrdən sitatlar gətirilir. Oxuculara məlumat verilir ki, Bəyanata əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu da regionda səmərəli əməkdaşlıq üçün geniş imkanlar açır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

2 Dekabr 2020 20:02 -

Köhnə versiyamızdan xəbərləri izlə