Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası təqdim edilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası hazırlanıb.

Milli Kitabxanadan verilən məlumata görə, elektron məlumat bazası "Tarixi”, "Görkəmli şəxsiyyətləri”, "Mədəni irsi”, "Qarabağın incisi – Şuşa”, "Kitablar”, "Məqalələr”, "Azərbaycan Milli Kitabxanasının nəşrləri”, "Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və  digər sənədlər təqdim olunur. Elektron məlumat bazasında yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Dekabr 2020 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə