Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqillik tariximizin şanlı səhifəsi

Xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Bu sevincli, fəxarətli günü  bizə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bəxş etdi. Ermənilərin “böyük Ermənistan” dövləti yaratmaq xülyasına birdəfəlik son qoyuldu. Rəşadətli ordumuz  təcavüzkarları  əzəli torpaqlarımızdan qovdu və 44 günlük  zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi.

1993-cü ilin ikinci yarısından başlayaraq,  böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar  bizi addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırdı. Son 17 il ərzində Prezident  İlham Əliyevin uğurli  diplomatik fəaliyyəti, xarici siyasət sahəsindəkiı fəaliyyəti Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi. Ordu quruculuğunun inkiafına verilən xüsusi önəm dövlət siyasətinin prioritetini təşkil etdi.

Hazırda Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək səviyyədə dünyanın ən güclü ordularındadır.  Ali Baş Komandanımızın qətiyyəti,  polad iradəsi,  Silahlı Qüvvələrimizin  rəşadəti, xalq-iqtidar birliyi, sıx həmrəylik  Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Nüfuzlu beynəlxalq qurumların, o cümlədən dünyanın  güclü dövlətlərindən ibarət ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 il ərzində həll edə bilmədikəri problemi möhtərəm Prezidentimiz 44 gün ərzində aradan qaldırdı. Bu müddət ərzində  davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Düşmənin hərbi  texnikası tamamilə  məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.  Erməni hərbçilərinin silah-sursatlarını atıb qaçmaları bir daha təsdiqlədi ki, işğalçı  ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrə bənzəyir.

Sentyabrın 27- dən başlayaraq, demək olar ki, hər gün qələbə müjdəli xəbərlər eşitdik. Nəhayət, noyabrın 10 – da düşmən təslim olduğunu rəsmən elan etdi. Həmin gün Azərbaycan, Rusiya Federsaiyası prezidentlərinin və Ermənistan baş nazirinin  iştirakı ilə bəyanat imzalandı. Bu bəyanat faktiki olaraq Ermənistanın  kapitulyasiya aktı idi.

Hazırda Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı tədbirlər davam etdirilir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.  Sülhməramlı qüvvələrin ehtiyacı üçün tələb olunan yüklərin Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq protokola uyğun olaraq Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətin nümunəsidir.

Artıq dünya ictimaiyyəti erməni vəhşiliyinin, barbarlığının şahididir. Çünki işğal etdikləri yaşayış məntəqələrimizdə daşı- daş üstündə qoymayıblar. Buna baxmayarq,  həmin yaşayış məntəqələrində əvvəlkindən də yaxşı infrastruktur qurulacaq. Dövlətimizin başçısı noyabrın 25- də xalqa müraciətində də bunu diqqətə çatdırdı. Dedi ki, biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlanır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi -- Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək.

Sevincimin həddi-hüdudu yoxdur. Neçə illərdir ki, düşmən tapdağı altında qalmış  ata yurdum indi azaddır. Bu, müstəqillik tariximizin şanlı səhifəsidir. Fəxr edirəm ki, bu qələbədə hərbçi oğlumun da zəhməti var.  Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor

2 Dekabr 2020 16:13 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə