Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçını biz gənclər bərpa edəcəyik

Orxan Cəfərov əslən Laçındandır. Ancaq heç o yerləri  görməyib. Valideynləri isə o torpağın  sakinləridir. Öz  gözəl təbiəti ilə insanı heyran edən  Qarıkaha kəndindəndirlər.

Orxan bizimlə  söhbətində dedi ki,  mən o yerləri  görməsəm də,  evimizdə  həmişə Laçınla  bağlı  xatirələri  dinləmişəm. Həsrətlə  gözləmişəm ki, diğər rayonlarımız  kimi  Laçın da işğaldan azad edilsin  və  Prezidentimiz  cənab İlham Əliyev  bu xəbəri versin. Allaha  şükür ki, o gün gəlib çatdı. Cənab  Prezident  dekabrın 1-də xalqa müraciətində   Laçının ışğaldan azad olunması  xəbərini verdi.

Mən  cəbhəyə   getmək üçün  yüzlərlə  laçınlı   gənc kimi müraciət etmişdim. Görünür,   ehtiyac olmadığı  üçün çağırılmadım.  Nə  eybi var, biz də Laçının   bərpa  işlərində iştirak edərik.

Cənab Prezidentimiz də  deyir ki,  azad olunmuş rayonlarda  bərpa ışləri sürətlə aparılacaq. Biz  gənclər  bu işdə  fəal iştirak etməyə hazırıq.Bu  gün Azərbaycan  gəncləri  cənab Prezidentimizin siyasətini    dəstəkləyir və yaxşı bılırlər ki, bu siyasət Azərbaycanı  xoşbəxt  gələcəyə qovuşduracaq.

Həmsöhbətim deyir ki,  Laçınımızın da  işğaldan azad olunması bu siyasətin  real nəticəsidir. Mən  cənab  Prezidentin   Azərbaycan xalqına  müraciətlərini   diqqətlə  dinləyirəm. Laçının azad edilməsi ilə bağlı  müraciət  məndə, həqiqətən,  böyük  qürur  hissi  doğurdu. Bu müraciət biz  gənclərdə  də  böyük ümidlər yaratdı.  Müzəffər Prezidentimiz in bu  sözlərinə diqqət yönəltmək istərdim: “...Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var.”

Demək istəyirəm ki, cənab  Prezident, bu uğurları Siz yaratmısınız.  Sizin  güclü, uzaqgörən, ulu öndərin ideyalarına  söykənən siyasətiniz yaradıb. Xalqımız  Sizinlə   fəxr edir.

Azərbaycan Ordusu  tarixdə  analoqu olmayan  qələbə  qazandı. Bu döyüşlərdə  gənclərimiz    qəhrəmanlıqla vuruşdular. Şəhidlərimiz də oldu. Allahdan onlara rəhmət  diləyirəm.

Qalib  xalqın  vətəndaşı olmaq böyük  fəxarətdir.  Torpaqlarımız  30 illik işğaldan,  nəhayət ki, azad oldu. İndi qalır  həmin  ərazilərdəki  şəhər  və kəndlərimizin  bərpası.  O da  biz  gənclərin  yaxından iştirakı ilə  tez bir  zamanda  reallaşacaq və  insanlar  öz  doğma yurdlarına  dönəcəklər.

Qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Dekabr 2020 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə