Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik: “Şimal-Cənub” layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan ərazisində işlər başa çatıb

Pandemiya dövründə sərnişin daşımalarında məhdudiyyətə baxmayaraq, Azərbaycanda yük daşımaları, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşımalar müntəzəm həyata keçirilir.

Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) bildiriblər.

Qeyd olunub ki, planlaşdırılmış layihələrin başa çatmasından və “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılmasından sonra bir sıra ölkələrin, o cümlədən Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin layihəyə qoşulması istisna olunmur.

“Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisi planlaşdırılır. Tikinti bir il ərzində həyata keçiriləcək.

 

Nazirlikdən onu da bildiriblər ki, hazırda Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun tikintisi davam edir. Bunun 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur:

“Azərbaycan “Şimal-Cənub” layihəsinin reallaşdırılması ilə bağlı öz ərazisindəki bütün işləri başa çatdırıb. Bu layihə regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açır və Hindistan, Pakistan, İran və Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yükdaşıma müddət və məsafəsini əhəmiyyətli dərəcədə azaldır”.

2 Dekabr 2020 09:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə