Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan və Qırğızıstan portallarında Azərbaycan Prezidentinin xalqa müraciəti işıqlandırılıb

Özbəkistanın “fikr.uz”, Qırğızıstanın “turktoday.info”, “goldenbridgenews.com” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Laçının işğalından azad olunması ilə əlaqədar xalqa müraciətini işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Qırğızıstanın “centralasia.media” portalı Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da birgə Bəyanat imzalamaları barədə məlumat verir, vurğulanır ki, məhz bu razılaşmaya uyğun olaraq bu gün Laçın rayonunda Azərbaycanın Bayrağı dalğalanır.

Sayt yazır ki, bundan əvvəl Ağdam və Kəlbəcər rayonları işğaldan azad edilib.

2 Dekabr 2020 09:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə