Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna KİV-ləri Azərbaycan Ordusunun Laçın rayonuna daxil olmasına dair xəbərlərə geniş yer ayırıb

Ukrayna mətbuatı Azərbaycanın Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “Gordon”, “Dialog.ua”, “Podrobnosti.ua” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələri kalonunun Laçın rayonuna daxil olması barədə məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Ukrayna mətbuatında Azərbaycan hərbçilərinin Laçında Dövlət Bayrağımızı sancması videosu da yayılıb.

2 Dekabr 2020 09:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə