Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş və Cozef Bayden arasında ilk telefon söhbəti

BMT-nin Baş katibi Antonio Quterreş və ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden arasında ilk telefon söhbəti baş tutub. Tərəflər Vaşinqtonla beynəlxalq təşkilat arasın­da əməkdaşlığı möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Məlumatı TASS verib.

Baş katibin mətbuat xidmətinin bununla bağlı yaydığı bəyanatda deyilir: “Baş ka­tib yeni seçilmiş prezidenti şəxsən təbrik etmək üçün onunla ünsiyyət qurmaqdan məmnunluğunu ifadə edib. O, ABŞ və BMT arasında əlaqələrin sıx olmasının dünyada mühüm əhəmiyyət kəsb etdiyini deyib”.

BMT-nin məlumatında bildirilir ki, Quterreş “bu gün dünyanın qarşılaşdığı koronavirus, iqlim dəyişikliyi, sülh və sabitliyin qorunması, insan haqlarının müdafiəsi və humanitar ehti­yacların ödənilməsi kimi vacib problemlərin həlli üçün seçilmiş prezident və onun komandası ilə tərəfdaşlıq münasibətləri qura­raq, birgə işləmək imkanlarının reallaşmasını gözləyirlər”.

ABŞ-ın yeni prezidenti Cozef Bayden dünən Argentina, Kosta- Rika və Keniya liderləri ilə də telefon danışığı aparıb. Bununla bağlı məlumat isə demokrat namizədin keçid komandasının saytında yerləşdirilib. Həmin məlumata görə, Argenti­na Prezidenti Alberto Fernandes, Kosta-Rika Prezidenti Karlos Alvarado və Keniya Prezi­denti Uxuru Keniata Baydeni ABŞ-da prezi­dent seçkilərində qalib gəlməsi münasibətilə təbrik ediblər.

Onu da qeyd edək ki, dünən Viskonsin ştatının hakimiyyət orqanları ştatın Miluoki və Deyn dairələrində səslərin hesablanmasının başa çatdığını və nəticələrə görə, demokrat namizəd Baydenin qalib gəldiyini təsdiqləyib. Bununla bağlı sənədi ştatın seçki komissi­yasının başçısı Enn Ceykobs videokonfrans zamanı imzalayıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

2 Dekabr 2020 04:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Yanvar 2021 | 01:40
Yeni elektromobil hazırlanıb
28 Yanvar 2021 | 01:32
53,72 milyard dollar xarici borc
28 Yanvar 2021 | 01:25
Yeni ştamm aşkarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə