Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

550-dən çox otel satışa çıxarılıb

BBC-nin yaydığı məlumata görə, ko­ronavirus pandemiyası fonunda Avropa ölkələri iqtisadi böhranla üzləşiblər. Bildirilir ki, bu tendensiya İspaniyanın mehmanxana biznesini iflic vəziyyətə salıb.

Qeyd edilir ki, koronavirusla əlaqədar sərhədlərin bağlanması və turistlərin olma­ması İspaniya otellərinin iflasına səbəb olub. Bir çoxları bu səbəbdən otel və mehmanxana biznesindən yaxa qurtarmaq qərarına gəlib. Nəticədə oktyabrın sonuna İspaniyada 557 otel satışa çıxarılıb. Bu, epidemiyanın başlan­dığı mart ayına nisbətən 19 faiz çoxdur.

Əndəlüs və Kataloniyada daha çox sayda – müvafiq olaraq, 114 və 101 otel satışa çıxarılıb.

Nəyin bahasına olsa da, mehmanxana biznesindən ayrılmamağı qərara alanlar turistlər olmadan bunun öhdəsindən necə gəlmək barədə fikirləşirlər. İspaniyada son vaxtlar yeni tendensiya yaranıb: otellər öz məkanlarını məsafədən işləyən ofislər üçün bina qismində təklif edirlər.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

2 Dekabr 2020 04:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Yanvar 2021 | 01:40
Yeni elektromobil hazırlanıb
28 Yanvar 2021 | 01:32
53,72 milyard dollar xarici borc
28 Yanvar 2021 | 01:25
Yeni ştamm aşkarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə