Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus yoxsulluq həddinin artmasına səbəb olub

“Euronews”un yaydığı məlumata görə, Böyük Britani­yada koronavirus pandemiya­sının yaratdığı iqtisadi böhran yoxsulluq həddinin artması­na səbəb olub. Mənbə qeyd edir ki, bu, “Legatum” beyin mərkəzi tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub. Bildirilir ki, tədqiqatlar zamanı Britaniyada yoxsul insanların sayının 15 milyona çatdığı açıqlanıb.

Mərkəzin rəhbəri Filippa Straud koronavirus pandemiyasına qarşı hazırlanan strategiya­nın mərkəzinə yoxsulluqla mübarizə ilə bağlı hərtərəfli planın qoyulmalı olduğunu söyləyib.

Hökumət rəsmiləri az gəlirli insanlara yardımların davam edəcəyini, bu il sosial yardım və dəstək üçün 100 milyard funt-sterlinqdən çox vəsait xərcləndiyini açıqlayıb­lar. Hökumətin bununla bağlı yanvar ayında yenidən qərar verəcəyi gözlənilir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

2 Dekabr 2020 04:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Yanvar 2021 | 01:40
Yeni elektromobil hazırlanıb
28 Yanvar 2021 | 01:32
53,72 milyard dollar xarici borc
28 Yanvar 2021 | 01:25
Yeni ştamm aşkarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə