Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekzotik ekootel

Norveçdə, sıx şam meşələrlə əhatə olunmuş Odda şəhərinin yaxınlığında şam ağaclarının qoynun­da ekoloji otel açı­lıb. “Helen & Hard Architects” şirkətinin layihəsi ilə tikilən və xüsusi konstruksiyaya malik ekootel müasir arxitekturanın bütün tələblərinə uyğundur. Müxtəlif növ ağaclardan hazır­lanan otel təqribən 6 metr hündürlükdə yerləşir.

Oteldə qonaq otağı, mini mətbəx, vanna otağı, həmçinin 4 nəfərlik 2 yataq otağı var. Ağac üzərində evlərin hər biri elektrik, internet və məişət avadanlığı ilə təchiz edilib. Ekooteldə 2 nəfərin bir sutkalıq istirahəti 310 dollara başa gəlir.

Xəbəri “Euronews”verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

2 Dekabr 2020 04:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Yanvar 2021 | 01:40
Yeni elektromobil hazırlanıb
28 Yanvar 2021 | 01:32
53,72 milyard dollar xarici borc
28 Yanvar 2021 | 01:25
Yeni ştamm aşkarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə