Ən son xəbərlər
Çin Ay proqramının icrasının dördüncü mərhələsi çərçivəsində Yerin təbii peykində elmi-tədqiqat stansiyası inşa edəcək. Bu barədə proqramın baş konstruktoru U Veycen məlumat verib. Bir neçə zonddan ibarət olacaq stansiya Yerin təbii peykində elmi texnoloji tədqiqatlar, eləcə də Ay resurslarının mənimsənilməsi və istifadəsi üçün texnologiyaların sınaqlarını aparacaq. Konstruktor qeyd edib ki, Çin alimləri beynəlxalq Ay elmi-tədqiqat stansiyasının yaradılması üzrə xarici həmkarlarla əməkdaşlığa hazırdırlar.
Xəbəri “Sinxua” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə