Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa yeni reallıqlarla barışmalıdır

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi baş­lanandan bəri, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, Fransa neytral mövqe nüma­yiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işğalçı Ermənistanın maraqların­dan çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Bu isə onun həmsədr ölkə kimi, qeyri-ob­yektiv mövqeyindən və işğalçı Ermənistana dəstək verməsindən, havadarlıq etməsindən xəbər verir.

Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə, münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur.

Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ respublikası”nın tanınması zərurəti” adlı qətnamə ermənipərəst, anti-Azərbaycan, antitürk mövqeli və ruhlu senatorlar tərəfindən qəbul olunub. Bu baxımdan da senatın beynəlxalq hüququ kobud şəkildə pozaraq, bu cür “fəallıq” göstərməsinin izahı onun ermənipərəstliyinə sadiqliyindən başqa bir şey deyil. Senatın qərarının heç bir hüquqi qüvvəsi yoxdur, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökumətinə təqdim olunacaq. Düşünürəm ki, hökumətin bu qərara münasibəti mənfi olacaq. Əks təqdirdə, Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik nümayiş etdirmiş olacaq.

Bu, eyni zamanda, BMT Nizamnaməsinə, Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik statusundan irəli gələn vəzifə və öhdəliklərinə ziddir. Nəzərə alsaq ki, Fransa həm də BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin lehinə səs verib. Beynəlxalq hüquq norma və prinsiplərinə zidd olan bu cür addımlar atmaqla, əslində, Fransa Senatı özü-özünü inkar etmiş olur. Bu da Fransa­nın beynəlxalq imicinə zərbədir. Bu qərarın dəstəklənəcəyi təqdirdə Fransanın Minsk qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanata əsasən, Azərbaycan suveren hüququndan yaralana­raq öz ərazi bütövlüyün, təmin edir. Ölkəmizi və onun liderini haqq yolundan heç bir qüvvə döndərə bilməz. Bu isə bizə Fransa ilə gələcək münasibətləri yenidən nəzərdən keçirməyə əsas verəcək.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə, həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın qərəzli mövqe nümayiş etdirən dairələrinin mövcud münaqişədən istifadə edərək, Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək planları cənab Prezident İlham Əliyev kökündən məhv etdi. Bu baxımdan yaranmış yeni reallıqlar fonunda Fransa da mövcud vəziyyətlə ba­rışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır. Görünür ki, nizamlama prosesindən kənarda qalan Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı atdıqları nəticəyönümlü addımları həzm edə bilmir. Bu səbəbdən Fransanın bu münaqişədə heç bir rolu olmamalıdır. Təcavüzkar bir dövləti və cinayətkar bir qurumu müdafiə etmək onunla bir sırada olmaq anlamına gəlir.

Şəbnəm HƏSƏNOVA,
politoloq

2 Dekabr 2020 04:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə