Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə

Maddə 1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” (bundan sonra - “Vətən Müharibəsi Qəhrəmanı”) adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

1.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri qanunla müəyyən olunur.

Maddə 2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası

2.1. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin dö­yüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

2.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

2.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

2.3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası­nın medalı;

2.3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqın­da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

2.4. “Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

Maddə 3. Yekun müddəalar

3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, digər orden və me­dallardan yuxarıda “Qızıl Ulduz” meda­lından əvvəl taxılır.

3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

3.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.

2 Dekabr 2020 04:09 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə