Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu

Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Zəfər” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə alt­lığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ordenin ön tərəfində aypara ağ qızıldan, səkkizguşəli ulduz, qılınclar və altlığın guşələrinin mərkəzi elementləri sarı qızıldan hazırlanmışdır.

2.2. Səkkizguşəli ulduzun qalan elementləri tünd rəngdədir. Səkkizguşəli ulduzun üzərində zolaq ilə konturlanmış tünd rəngli dairəvi lövhə və onun mərkəzində yumruq formasında sıxılmış əl təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.

2.3. Yumruq və kürəciklər relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi

3.1. Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda “ZƏFƏR” sözü, mərkəzdə “VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri qabarıq şəkildə yazılmışdır.

3.2. Ordenin arxa tərəfinin mərkəzdən aşağı hissəsində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun rəngli zolaqlar təsvir olunmuşdur. Lentin mərkəzində 10 mm enində qırmızı rəngli şaquli zolaq, qırmızı zolaqdan sol və sağ tərəflərdə 13,5 mm enində yaşıl və mavi rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Yaşıl və mavi zolaqların üzərində qırmızı zolaqdan 1,5 mm aralı və bir-birinin arası 1,5 mm olan 1 mm enində üç qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.5. Lentin aşağı hissəsinə 40 mm x 12 mm ölçülü, yuxarı hissəsi düzbucaq, aşağı hissəsi üçbucaq formalı lövhə bərkidilmişdir.

4.6. Üçbucağın alt konturu iki relyefli qılınc formasında təsvir olunmuşdur. Üçbucağın mərkəzində relyefli aypara və ulduz vardır.

4.7. Ordenin dəstinə bir ədəd sinəyə taxılma və bir ədəd diametri 60 mm olan boyundan asılma orden daxildir.

4.8. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş iki ədəd 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Qarabağ” ordeninin statutu

Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Qarabağ” ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının “Qarabağ” ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Qarabağ” ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Qarabağ” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlan­mış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ordenin ön tərəfində lentin mərkəzində “QARABAĞ” sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl mi­nalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.

2.2. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur.

2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.

4.3. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.

4.4. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) 900 əyarlı qızıldan hazırlanmış, biri digərinin üzərinə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Alt ulduz ağ qızıldan, üst ulduz sarı qızıldan hazırlanmışdır.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvarı formadadır.

2.2. Üst ulduzun guşələri uclarında kiçik kürəciklər olmaqla, ikitərəfli hamar şüalıdırlar. Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur. Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.

2.3. Dairəvi lövhənin mərkəzində tünd qırmızı minalı fonda aypara və ulduz təsvir olunmuşdur.

2.4. Bütün elementlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” sözləri, mərkəzdə “VƏTƏN MÜHARİBƏSİ 2020” sözləri və rəqəmləri yazılmışdır. Yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medalın paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilmişdir.

4.3. Lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Cəsur döyüşçü” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır.

2.2. Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.3. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “CƏSUR DÖYÜŞÇÜ” sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur.

2.4. Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur.

2.5. Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur.

2.6. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seri­yası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Cəsur döyüşçü” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır.

2.3. Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.

2.4. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır. Səkkizguşəli ulduz ilə “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.5. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Qızılı rəngli xara lentin mərkəzində 5 mm enində tünd qırmızı rəngli şaquli zolaq təsvir olunmuşdur. Xara lentin sol və sağ kənarlarından mərkəzə doğru, biri digərindən 3 mm aralı, 3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır.

4.3. Xara lentin yuxarı hissəsinə üzərində milli ornamentlər təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublika­sının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlan­mışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “SU­QOVUŞAN”, aşağı qövs boyunca “3 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “3 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “SUQOVUŞAN” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüala­rı fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “SUQOVUŞANIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Suqovuşanın azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “CƏBRAYIL”, aşağı qövs boyunca “4 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “4 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “CƏBRAYIL” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bay­rağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Cəbrayılın azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyun­ca “XOCAVƏND”, aşağı qövs boyunca “9 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “9 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “XOCAVƏND” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüala­rı fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “XOCAVƏNDİN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Füzulinin azad olunmasına görə” Azərbaycan Res­publikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Xocavəndin azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “FÜZULİ”, aşağı qövs boyunca “17 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “17 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “FÜZULİ” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını apa­ran Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “FÜZULİNİN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “ZƏNGİLAN”, aşağı qövs boyunca “20 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “20 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “ZƏNGİLAN” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüala­rı fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Qubadlının azad olunmasına görə” Azərbaycan Res­publikasının medalı ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Zəngilanın azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “QUBADLI”, aşağı qövs boyunca “25 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “25 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “QUBADLI” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüala­rı fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “QUBADLININ AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “ŞUŞA”, aşağı qövs boyunca “8 NOYABR 2020” sözləri yazıl­mışdır.

2.3. “8 NOYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “ŞUŞA” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını apa­ran Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyun­ca “KƏLBƏCƏR”, aşağı qövs boyunca “15 NOYABR 2020” sözləri yazılmışdır.

2.3. “15 NOYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuş­dur. “KƏLBƏCƏR” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bay­rağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Kəlbəcərin azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuş­dur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “AĞDAM”, aşağı qövs boyunca “20 NOYABR 2020” sözləri yazılmışdır.

2.3. “20 NOYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “AĞDAM” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını apa­ran Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “AĞDAMIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Laçının azad olunmasına görə” Azərbaycan Respub­likasının medalı ilə Azərbaycan Respublikasının Laçın ra­yonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Laçının azad olunmasına görə” Azərbaycan Respublika­sının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Ağdamın azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla kontur­lanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “LA­ÇIN”, aşağı qövs boyunca “1 DEKABR 2020” sözləri yazılmış­dır.

2.3. “1 DEKABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “LAÇIN” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını apa­ran Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “LAÇININ AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Laçının azad olunmasına görə” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Vətən Müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca “VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI” sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur. Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.2. Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

Medalın paltara bərkidilmək üçün elementi vardır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə

Maddə 1. Təltif edilən şəxslər

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.

Maddə 2. Təltif edən orqan

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Vətən müharibəsi iştirakçısı” medalından sonra taxılır.

Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xarici və daxili çevrələrlə konturlanmış, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində daxili və xarici çevrələrin arasın­da yuxarı qövs boyunca “VƏTƏN MÜHARİBƏSİNDƏ” sözləri, aşağı qövs boyunca “ARXA CƏBHƏDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmışdır.

2.2. Daxili konturun mərkəzdən yuxarı hissəsində şaquli vəziyyətdə biri digərindən kiçik olmaqla bir-birinin üzərinə iki oval formalı lövhə yerləşdirilmişdir. Altdakı ova­lın üzərində doğan günəş şüaları təsvir olunmuşdur. Kiçik ovalın üzərində tünd yaşıl minalı fonda alov təsvir olun­muşdur.

2.3. Daxili çevrə ilə oval lövhənin arasında sol və sağ tərəflərdə aşağıdan yuxarıya doğru oval lövhəni əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıq ­dır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü tünd yaşıl rəngli beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

2 Dekabr 2020 04:04 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə