Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Res­publikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medalları­nın təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanu­nunda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506; Azərbaycan Res­publikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD və 175-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddəyə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Zəfər” ordeni;

“Qarabağ” ordeni;”;

1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “Vətən Müharibəsi Qəhrəmanı” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

“Cəsur döyüşçü” medalı;

“Döyüşdə fərqlənməyə görə” medalı;

“Suqovuşanın azad olunmasına görə” medalı;

“Cəbrayılın azad olunmasına görə” medalı;

“Xocavəndin azad olunmasına görə” medalı;

“Füzulinin azad olunmasına görə” medalı;

“Zəngilanın azad olunmasına görə” medalı;

“Qubadlının azad olunmasına görə” medalı;

“Şuşanın azad olunmasına görə” medalı;

“Kəlbəcərin azad olunmasına görə” medalı;

“Ağdamın azad olunmasına görə” medalı;

“Laçının azad olunmasına görə” medalı;

“Vətən müharibəsi iştirakçısı” medalı;

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı;”.

Maddə 2. “Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu” və “Azərbaycan Respublikasının “Zəfər” ordeninin təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikasının “Qarabağ” ordeni­nin statutu” və “Azərbaycan Respublikasının “Qarabağ” ordeni­nin təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 4. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Res­publikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 5. “Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəsur döyüşçü” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 6. “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 7. “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublika­sı medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 8. “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Cəbrayılın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 9. “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Xocavəndin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 10. “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 11. “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 12. “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 13. “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 14. “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 15. “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 16. “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 17. “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

Maddə 18. “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2020-ci il

2 Dekabr 2020 04:02 - QANUNLAR
QANUNLAR

Köhnə versiyamızdan xəbərləri izlə