• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aksiyada 400-ə yaxın müəllim və tələbə müayinə edilib

Aksiyada 400-ə yaxın müəllim və tələbə müayinə edilib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu dəfə ADA Universitetində tibbi aksiya keçirib. İki gün davam edən aksiya zamanı Səyyar Klinikanın əməkdaşları ADA Universitetində 400-ə yaxın tələbə və müəllimlərə tibbi xidmət göstərib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov müayinələrdə yaxından iştirak edib. ADA Universitetinin rektoru Hafiz Paşayevlə görüşərək mərkəzin Səyyar Klinikası və Səyyar Qatarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Mərkəzin həyata keçirdiyi tədbirlər bütün respublikanı əhatə edir və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Bu aksiyalarda məqsəd pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həllinə elə yerindəcə köməklik göstərməkdir. Gözündə ciddi problem aşkar edilən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılır. 
Qeyd edək ki, 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən etibarən isə klinika Azərbaycanın bir çox ali və orta təhsil ocaqlarında mütəmadi olaraq oftalmoloji müayinələr aparır. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 Oktyabr 2018 12:01 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin