Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Hacıqabulda 15 tondan çox bal istehsal olunub

Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir.

Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 994 arı ailəsi saxlanılır ki, bu il bu arı ailələrinin hər birindən 15-18 kiloqram olmaqla 15 ton 904 kiloqram məhsul istehsal olunub. İstehsal olunan balın yarıdan çoxu rayonun Meyniman və Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən arıçılar tərəfindən istehsal olunur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 Dekabr 2020 15:05 -

Köhnə versiyamızdan xəbərləri izlə