Ən son xəbərlər
Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ərəb ölkələrinin televiziya kanallarının da diqqət mərkəzindədir.
“Əl-Hədat”, “Əl-Cəzirə”, “Əl-Məmləkə”, “Əl-Ərəbiyyə” və “Extranews” telekanalları şanlı Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı kadrlarını əks etdirən reportajlar yayımlayıb.
Reportajlarda qeyd olunub ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Laçın rayonuna daxil olub.
Diqqətə çatdırılıb ki, 44 gün davam edən və Ermənistanın kapitulyasiya aktı imzalaması ilə başa çatan döyüşlərdən sonra işğalçı ölkə son bir ay müddətində Ağdam, Kəlbəcər və Laçın rayonlarını azad etməyə məcbur edilib.
Köhnə versiyamızdan xəbərləri izlə