Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçınım mənim...

Bu sözlər  Laçın haqqında bir mahıdandır.  Bu mahını  əvəllər   böyük  kədər hissi ilə  dinləyərdik. İndi  isə  onun sədalrı  bizdə  qürur, məğrurluq hissi doğurur. Doğma  yurdum Laçın  düşmən  tapdağından azad olmuşdur. Bütün laçınlılar kimi mənim də sevincim yerə-göyə sığmır. Bu torpaq  gözəlliklər məskənidir. Bura  qədim tarixi-mədəni abidələrlə  zəngin olan  bir  diyardır. 28 il idi ki,  biz bu torpağın həsrəti ilə yaşayırdıq. İndi  isə  biz öz  torpağımıza,  doğma  yurdumuza  qayıtmağa hazırlaşırıq.

Biz laçınlılar  rayonumuzun  işğaldan azad edilməsi ilə bağlı Prezidentin  xalq müraciətini  diqqətlə  izlədim.  Laçın haqqında  dövlət başçımızın  xoş  sözləri hər bir  laçınlıda  qürur hissi  doğurdu.

Mən Laçın şəhərində   doğulmuşam, bu  şəhərdə təhsil almışam. 1992-ci ildə  dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz bərbad hala salınmışdı.  Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı.  

Laçın  tarixən  qəhrəmanlar diyarı olmuşdur.  Birinci  Qarabağ müharibəsi döründə  laçınlılar  böyük qəhrəmanlıqlar  göstərmişlər. Mən  bəzi  faktları  diqqətə çatdırmaq istəyirəm.  Rayonumuzdan 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırdılar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət  nəhayət  ki,   laçınlıların  həsrətinə  son  qoydyu.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Bu  gün Azərbaycan  bayrağı Laçın  səmasında dalğalanmaqdadır. Buna görə   bütün  laçınlılar  Ali Baş Komandan,  Prezident İlham Əliyevə  dərin minnətdarlıq edir, dövlət başçımızın  siyasi  kursunu dəstəklədiklərini bildirirlər.

Mənsur HƏSƏNOV,
Laçın sakini

1 Dekabr 2020 14:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu
21 Yanvar 2021 | 11:28
20 Yanvar...

Köhnə versiyamızdan xəbərləri izlə