Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalları: Laçın rayonunda Azərbaycan bayrağı dalğalanır

Özbəkistanın “qalampir.uz”,” tnews.uz”,”kun.uz.uz” və “interpress.uz” portallarında Azərbaycan Ordusunun Laçın rayonununa daxil olması və bu şəhərdə Azərbaycan bayrağının dalğalanması haqqında materiallar verilib.

Qeyd olunur ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilib.

“tnews.uz” portalı yazır ki, işğaldan azad olunan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri yerlə-yeksan olunub, bu şəhərlərdə bir dənə də olsun salamat bina, ev qalmayıb, infrastruktur məhv edilib. Kəlbəcər rayonunda isə evlər və meşələr yandırılıb.

Yazılarda sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatından söhbət açılır, Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir.

1 Dekabr 2020 13:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə