Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə MN: Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı:

“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və Saziş tamamlanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır”.

1 Dekabr 2020 12:13 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə