Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qəbələ" klubunun prezidenti cəbhədən qayıtdı

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

"Report"un məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.

Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

1 Dekabr 2020 10:58 - İDMAN
İDMAN
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib
14 Yanvar 2021 | 00:00
Yeni müqavilə
12 Yanvar 2021 | 05:13
Messi Ronaldunu qabaqladı

Köhnə versiyamızdan xəbərləri izlə