Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

APL: "Sumqayıt" "Qəbələ"yə uduzdu

Azərbaycan Premyer Liqasında XI turun son görüşü keçirilib.

Sportline.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"la qarşılaşıb. Əslində bu oyunun noyabrın 28-də təşkili nəzərdə tutulmuşdu. Lakin, "Qəbələ"nin bəzi futbolçularında koronavirus aşkarlandığından görüşün noyabrın 30-na təxirə salınması qərara alınmışdı.

Azərbaycan Premyer Liqası, XI tur
30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ" 0:1

Qol: Rafael Utriq, 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə" ilə 0:0, "Keşlə" "Sabah"la və "Səbail" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

1 Dekabr 2020 10:55 -

Köhnə versiyamızdan xəbərləri izlə