Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq

Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə ay ərzində Bakı şəhərinin inkişaf konsepsiyasını yekunlaşdırmağı planlaşdırır. AZƏRTAC  bildirir ki, bu barədə komitə sədri Samir Nuriyev deyib.  Onun sözlərinə görə, ilin sonunadək beynəlxalq nüfuzlu şəhərsalma və memarlıq şirkətinin açıq tender vasitəsilə bu prosesə cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda, gələn ilin əvvəlindən Baş Planın texniki hissəsinin işlənilməsinə başlanılacaq.

Komitə sədri qeyd edib ki, Bakının ümumi planın olması çox zəruri şərtlərdən biridir. "Bu sənədin hazırlanması kifayət qədər böyük əmək sərfi ilə yanaşı, bütün dövlət orqanlarının həmin sənəd üzərində işləməsini tələb edir. Bu, həm də gələcəkdə şəhərin düzgün istiqamətdə inkişafı deməkdir və tək texniki sənəd deyil, sosial, iqtisadi və mədəniyyətlə bağlıdır. Şəhərin inkişafını özündə cəmləşdirən bir sənəddir".

Baş Planın təsdiqindən sonra onun icrasına nəzarət sisteminin qurulması mexanizminin də çox vacib olduğunu vurğulayan S.Nuriyev bildirib ki, Bakının inkişaf konsepsiyasının hazırlanması prosesində bütün müvafiq qurumlarla əməkdaşlığa başlanılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Oktyabr 2018 11:32 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə