Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahin Diniyev: "Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm"

"Övladlarım koronavirusa yoluxsalar da, özüm yaxşıyam. Biz birlikdə yaşamırıq. Ev yaxın olsa da, onlar ayrı yaşayırlar".

Sportline.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Sabah" klubunda çıxış edən Coşqun Diniyev və "Zirə"də oynayan Kərim Diniyevin koronavirus testinin müsbət çıxması barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis hər iki oyunçunun səhhətinin yaxşı olduğunu söyləyib: "Onlarda xəstəliyin simtompu yoxdur. 1-2 günə növbəti dəfə test verməlidirlər. Hazırda evdə karantindədirlər. Hamı kimi yaşayırlar. Heç xəstəliyi hiss etmirlər. Vəziyyətləri ilə bağlı telefonla maraqlanıram, yanlarına gedə bilmirik. Xəstəliyin heç bir simptomları onlarda görünməyib, sadəcə, testlərinin nəticəsi müsbətdir".

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

1 Dekabr 2020 10:52 - İDMAN
İDMAN
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib
14 Yanvar 2021 | 00:00
Yeni müqavilə
12 Yanvar 2021 | 05:13
Messi Ronaldunu qabaqladı

Köhnə versiyamızdan xəbərləri izlə