Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

Misirin “Masravi” informasiya portalı Azərbaycan Ordusunun Laçına daxil olması haqqında xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, portalın xəbərində Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması qeyd olunur.

Bildirilir ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərdə böyük Qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri 27 ildən çoxdur Ermənistanın işğalı altında olan Laçına daxil olub. Xəbərdə vurğulanır ki, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uğursuz olub. Torpaqlarının işğalı faktı ilə barışmayan Azərbaycan beynəlxalq hüquq normaları və BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib.

1 Dekabr 2020 10:52 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə