Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun Laçına daxil olması Türkiyə mediasının baş xəbəridir

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, televiziya kanalları və xəbər agentlikləri, o cümlədən qəzetlərin elektron versiyaları Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar. Məlum təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi rayonlardan axırıncını tərk etməsi, o cümlədən qoşun birləşmələrimizin bölgəyə girməsi ilə bağlı geniş kadrlar yayılıb. Vurğulanır ki, bu gündən prosesin yeni bir mərhələsi başlanır.

Ermənilərin bölgəni tərk etməzdən əvvəl yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftar barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirir. Diqqətə çatdırılır ki, eyni vəhşilik və vandallıq Ağdam və Kəlbəcər rayonları ərazisində təkrar olunub. Diqqətə çatdırılır ki, Azərbaycan humanistlik nümayiş etdirərək işğalçı qüvvələrin bölgəni tərk etməsinə yetərincə zaman verir. Lakin işğalçı ordunun silahlı quldurları azərbaycanlı əhalini öz yurdlarından vəhşiliklə, ayaqyalın qovmuşdular.

1 Dekabr 2020 09:49 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə