Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BERNAMA agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb

Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Azərbaycan Ordusu 28 ildən sonra Laçın rayonuna daxil olub” adlı xəbərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla dekabrın 1-də Ordumuzun bölmələrinin bu rayona daxil olduğu barədə məlumat verilib.

Müdafiə Nazirliyinin məlumatından gətirilən sitatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub”.

Xəbərdə keçmiş Sovet İttifaqının iki respublikası arasında ötən əsrin 90-cı illərində baş vermiş silahlı qarşıdurma nəticəsində xarici havadarlarına arxalanan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik daha yeddi rayonu işğal etməsi barədə məlumat verilir.

Qeyd edilir ki, cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı növbəti təxribatlarından sonra Azərbaycan Ordusu əks-hücuma keçib. 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan bir sıra şəhərləri və 300-dək yaşayış məntəqəsini azad edib.

Noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Vurğulanır ki, bu, Azərbaycanın tam qələbəsi, Ermənistanın isə məğlubiyyəti kimi qiymətləndirilir.

1 Dekabr 2020 09:12 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə