Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Conson millət vəkillərini yeni məhdudiyyətləri dəstəkləməyə çağırıb

İngiltərənin Baş naziri Boris Conson millət vəkillərini yeni koronavirus pandemiyasının fəsadlarının kəskin artdığını nəzərə alaraq, yeni, daha sərt məhdudiyyətləri dəstəkləməyə çağırıb. Bu barədə Londondakı rəsmi mənbələrə istinadən “Amerikanın səsi” məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, yeni məhdudiyyətlər təxminən bir ay davam edəcək. Parlament bu gün B.Consonun yeni məhdudiyyətlər üzrə təkliflər paketinə səs verməlidir. Bununla bağlı tərtib olunan qanun layihəsinin qəbul olub-olunmayacağı qeyri-müəyyəndir.

Bəlli olan budur ki, yeni məhdudiyyətlər ölkə vətəndaşları və siyasi partiyalar tərəfindən birmənalı qarşılanmır. Belə ki, B.Consonun özünün də təmsil etdiyi Mühafizəkarlar Partiyasının üzvlərinin çoxu bu tədbirlərə qarşı çıxır. Ölkə vətəndaşlarının böyük bir qismi də sərt məhdudiyyətlərin əleyhinədir. Yeri gəlmişkən, ötən şənbə günü London polisi məhdudiyyətlər və peyvənd əleyhinə nümayişləri dağıdaraq, 150-dən çox insanı həbs edib.

Hökumət ilk dozalarının bu il dekabrın 7-nə qədər ölkə xəstəxanalarına veriləcək peyvəndin və kütləvi testlərin məhdudiyyətlərə olan ehtiyacı aradan qaldıracağına ümid edir.

Cons Hopkins Universite­tinin verdiyi məlumata görə, İngiltərə hazırda Avropada COVID-19 epidemiyasına ən çox məruz qalan ölkədir. Burada virusdan 57 mindən çox insan ölüb. ÜST-ün məlumatında deyilir ki, bugünədək dünyada 62 mil­yondan çox insan koronavi­rusa yoluxub. Təxminən 1,5 milyon insan virusdan ölüb.

Koronavirusa yoluxma hallarının sayına görə an­tirekord ABŞ-a məxsusdur. Bu ölkədə bu vaxta qədər 13 milyondan çox COVID-19-a yoluxma halı qeydə alınıb. Hindistanda yoluxma sayı 9 milyondur, sonra Braziliya gəlir.

Təəssüf ki, dünyada ko­ronavirus qurbanlarının sayı durmadan artır. ABŞ 266 mindən çox ölümlə siyahıda birinci yeri tutur. Daha sonra 172 mindən çox ölümlə Braziliya, təxminən 137 min ölümlə Hindistan gəlir.

Cənubi Koreya koronavi­rusla mübarizədə dünyanın uğurlu ölkələrindən biri olub, lakin son günlər ərzində burada da yoluxma halları artmağa başlayıb. Buna görə də ölkədə yenidən ciddi məhdudlaşdırıcı tədbirlər görülür. Məsələn, Cənubi Koreyada mahnı və nəfəs alətləri üzrə musiqi dərsləri qadağan edilib.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

1 Dekabr 2020 00:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2021 | 03:01
2 milyard dollar investisiya
22 Yanvar 2021 | 02:57
Xərclər artacaq
22 Yanvar 2021 | 02:56
Filiallar bağlanır
22 Yanvar 2021 | 02:56
“F-35” sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə