Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Çinin iki şirkətini sanksiya siyahısına salmağa hazırlaşır

“Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti Çinin çip istehsalı üzrə ixtisaslaşmış “SMIC” şirkətini və “CNOOC” neft kompaniyasını ordu ilə əlaqələri olması səbəbindən sanksiya siyahısına salmağa hazırlaşır.

Qeyd edilir ki, bu çərçivədə “China Construction Techno­logy Co. Ltd.” və “China International Engineering Consulting Corp.” şirkətləri də nəzərdən keçirilir və ABŞ-ın ümumilikdə, 35 Çin şirkətini sanksiya siyahısına salacağı qeyd olunur.

Bu xəbərlərdən sonra “CNOOC” neft şirkətinin səhmlərinin dəyəri Honkonq birjasında 9 faizdən çox geriləyib. “CNOOC”un törəmə şirkəti olan “China Oilfield”in səhmləri də 11 faiz dəyər itirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp səlahiyyət müddətinin son günlərində Çinə qarşı təzyiqləri artırmaqda davam edir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

1 Dekabr 2020 00:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Yanvar 2021 | 03:01
2 milyard dollar investisiya
22 Yanvar 2021 | 02:57
Xərclər artacaq
22 Yanvar 2021 | 02:56
Filiallar bağlanır
22 Yanvar 2021 | 02:56
“F-35” sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə