Ən son xəbərlər
Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını pisləyib.
Həftəsonu Fransanın 70 şəhərində polis əməkdaşlarının və jandarmın foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə davam edən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Bu barədə Fransanın Daxili İşlər Nazirliyinə istinadən “Euronews” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, etiraz aksiyasını dağıtmağa çalışan Fransa polisi 80-dən çox şəxsi saxlayıb. Paris və ətraf əyalətlər daxil olmaqla, ümumilikdə, 62 təhlükəsizlik əməkdaşı 62 əməkdaşı xəsarət alıb.
Qeyd edilir ki, Parisdə etiraz aksiylarını zor güc tətbiq etməklə yatırmağa çalışan polis qüvvələri suriyalı fotoqraf Əmir əl-Halbi başından zədə alıb. Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatının Baş katibi Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını pisləyib.
Məlumatda bildirilir ki, kütləvi aksiyalar jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən təşkil edilib.
Rəsmi məlumata əsasən, “Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 133 min insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayiət olunub.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə