Ən son xəbərlər
Dünəndən başlayaraq, Yaponiya və Çin arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər yumşaldılmağa başlayıb.
Bildirilir ki, bundan sonra iş adamlarına həm qısa, həm də uzunmüddətli qarşılıqlı səfərlər üçün icazə veriləcək.
Yeri gəlmişkən, Yaponiya artıq Sinqapur, Koreya Respublikası və Vyetnam ilə də eyni addımı atıb.
Tokionun yaxınlığında yerləşən “Narita” aeroportunda Çindən gələnlərin sayının artacağı gözlənilir. Çin şəhərlərindən bu aeroporta həftədə 20 aviareys həyata keçirilir.
Aeroportda artıq qoruyucu və ya xüsusi geyimdə olan Çin vətəndaşlarının Tokioya gəldiyi qeydə alınıb.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə