Ən son xəbərlər
“Napoli” klubuna məxsus “San-Paolo” stadionuna Argentina milli komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək. Bunu Neapol şəhərinn meri Luici de Madjistris açıqlayıb. O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini bildirib.
Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən Maradona 1984–91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.
Xəbəri “Futbol.ua” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə