Ən son xəbərlər
İndoneziyanın cənubunda Lomblen adasında “Levotovo” vulkanı püskürüb. İndoneziya Energetika və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, vulkanın külü 4 kilometr hündürlüyə qalxıb.
Qeyd edək ki, vulkan ilk dəfə noyabrın 27-də püskürmüşdü və kül 500 metr məsafəyə yüksəlmişdi.
Aparılan monitorinqin nəticələrinə görə, vulkanın aktivliyi yüksəkdir və yenə də püskürə bilər. Hakimiyyət orqanları ehtiyat edirlər ki, əraziyə kül yağışı yağa bilər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə