Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan Respubli­kasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə qeyd edilib ki, otuz ilə yaxın müddətdə xalqımız doğma torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyib. Buna görə də həmvətənlərimizin həmin torpaqlara tezliklə qovuş­maq istəyi başadüşüləndir. Ancaq düşmən tərəfindən torpaqlarımızda çoxlu sayda mina və digər partlayıcı maddələrin basdırıldığı unudulmama­lıdır. İtkilərimizin olmaması və hamının təhlükəsizliyi üçün vətəndaşlardan daha anlayışlı olmaları və həmin ərazilərə səfər etməmələri xahiş edilib.

“İşğaldan azad olunmuş torpaqlarımızın minalardan və digər partlayıcı maddələrdən təmizlənməsini gözləyək. Məsuliyyətli olaq!”, – deyə müraciətdə qeyd olunub.

1 Dekabr 2020 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Yanvar 2021 | 02:58
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə