Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində həlak olanların sayı 98-ə çatıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən noyabrın 30-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin yeni statisti­kasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın təcavüzü nəticəsində ümumilikdə, 98 nəfər həlak olub, 414 nəfər xəsarət alıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artille­riya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 410 nəfər yaralanıb. Minaya düşərək həlak olan dinc sakinlərin sayı 5-ə, xəsarət alanların sayı isə 4-ə çatıb.

Xatırladaq ki, noyabrın 28-də saat 15:10 radələrində Füzuli rayonunun işğal­dan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişinin qada­ğan edildiyi təhlükəli ərazidə “Toyota” markalı avtomobilin tank əleyhinə iki minaya düşməsi nəticəsində 4 nəfər – Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı hadisə yerində həlak olub.

1 Dekabr 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə