Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb

Mərkəzi Qan Bankı “Donor ol, həyat qurtar!” şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər.

AZƏRTAC xəbər verir ki, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın dediyinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: “COVID-19 xəstəliyini keçirərək sağa­lanlarda anticisimlər for­malaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-nə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb”.

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plaz­ma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemi­yanın birinci dalğası zamanı sübut olunub.

Virusun yoluxma dinami­kasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

1 Dekabr 2020 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə