Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reza Deqati: Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını, məscidlərin tövləyə çevrildiyini gördüm

Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam. Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

AZƏRTAC xəbər verir ki, bu sözləri məşhur fotoqraf Reza Deqati özünün “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Reza Deqati qeyd edib ki, Ağdam rayonunun Qiyaslı kəndində XVIII əsrə aid məscid işğalın davam etdiyi üç onillik ərzində inəkləri saxlamaq üçün istifadə olunub. İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıq­larını özləri ilə aparıb, məscidi isə yandırıblar.

1 Dekabr 2020 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə