Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan dini-mənəvi dəyərlərin onlar üçün əsas olmadığını sübut edib

Azərbaycanda tarixən müxtəlif konfessiyalara və dini məzhəblərə mənsub insanlar tolerantlıq, multikulturalizm mühitində yaşayıblar. Bu Azərbaycanın uğurlu birgəyaşayış modelidir ki, dünyada çox az sayda müşahidə olunur. Ölkəmizdə əsrlərdir ki, bu rəngarəng mühit sülh və qarşılıqlı anlaşma çərçivəsində həyat sürməkdədir. Bu münasibətlər müxtəlif mərhələlərdən və tarixin ağır sınaqlarından keçərək, özünəməxsus xüsusiyyət və çalarlar qazanmışdır. Ermənistan isə əksinə, tarixboyu digər dinlərə, onların abidələrinə qarşı dözümsüzlüyü ilə fərqlənmişdir. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputatın sözlərinə görə, hazırda paytaxt Bakı da daxil olmaqla, ölkəmizdə bir çox xalqların nümayəndələri, o cümlədən, minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayırlar: “Bakının mərkəzində erməni kilsəsi və 5000 kitab qorunur. Eyni zaman­da, Bakıda 3 pravoslav, 1 katolik kilsəsi, 2 sinaqoq fəaliyyət göstərir. Azərbaycandakı birgəyaşayış mədəniyyəti dünyanın tanın­mış dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Müharibə başlayan ilk gündən Ermənistan münaqişəyə milli və dini don geyindirməyə çalışdı. Belə cəhdlərdən biri də Şuşada kilsənin, guya, Azərbaycan Ordusu tərəfindən hədəfə alınması ilə bağlı növbəti yalanın tirajlanması idi. Onlar özləri kilsəyə xələl gətirərək Azərbaycanı bu kilsəni dağıtmaqda günahlandırmağa çalışdılar. Ermənistanın xunta rejiminin bu cəhdi də fias­koya uğradı, beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkə və qarşıya qoyulan məqsədlərə nail ola bilmədilər. Azərbaycandan fərqli olaraq, ermənilər işğal olunmuş ərazilərimizdə xalqımıza məxsus bütün məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxa­naları dağıdıb və talan ediblər. İşğal olunmuş ərazilərimizdə olan məscidlərimizdə donuz və digər heyvanların saxlanılması Ermənistan üçün inanc, dini-mənəvi dəyərlərinin əsas olmadığını nümayiş etdirir. Onlar bədnam əməlləri ilə bunu sübut ediblər.

Bundan əlavə, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub.

Deputat qeyd edib ki, bu gün Qərbin müəyyən dairələrində işğaldan azad olunmuş ərazilərimizdəki xristian abidələri ilə bağlı na­rahatlıq ifadə olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məntiqdən belə çıxır ki, müsəlman məscidlərini dağıtmaq olar? Bu ikili standartların, islamafobiyanın növbəti bariz təzahürüdür. Ermənistan, eyni zamanda, öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər məscidlərini tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pra­voslav kilsəsini, digər bölgələrdəki Alban məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Bu, bir daha onu təsdiq edir ki, Ermənistan təkcə azərbaycanlılara qarşı deyil, digər dinlərin və xalqların nümayəndələrinə qarşı da təcavüz həyata keçirib. Ermənilər tərəfindən ən çox təcavüzə məruz qalan abidələrdən biri də alban abidələridir. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban Katolikosluğu ləğv edildikdən sonra onlar ermənilərin davamlı təcavüz məruz təxribatlarına məruz qaldılar. Bu abidələrin bir hissəi dağıdıldı, bir hissəsi isə qriqoryanlaşdırıldı. Bu kimi halların gələcəkdə təkrarlanmaması üçün Alban katolikosluğunun bərpası və həmin kilsələrin idarəçiliyinin Alban-udi icmasına verilməsi məqsədəuyğun sayılır. Biz ermənilərdən fərqli olaraq, əcdadlarımızdan bizə yadigar qalan o abidələrə sahib çıxacaq və onları mütləq bərpa edəcəyik, qoruyaraq gələcək nəsillərə çatdıracayıq.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

30 Noyabr 2020 23:54 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə